AZ

“Qarabağ” “Nyukasl”la oyunda zədələn Bəhlul Mustafazadənin durumunu açıqlayıb

Bakı, 19 fevral, AZƏRTAC

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” klubuna qarşı keçirilmiş oyunun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin durumunu açıqlayıb.

Ağdam təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, tibbi müayinələrin nəticəsinə əsasən, futbolçunun sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə aşkarlanıb.

Bildirilib ki, hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” oyunu qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
85
5
azertag.az

10Mənbələr