AZ

Nadir HADİSƏ: Həkimlər qadının ağciyərindən DİŞ ÇIXARDILAR – FOTO

İstanbulda qadının yuxuda diş körpüsü ağciyərinə düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İstanbulda yaşayan 45 yaşlı qadın səhər oyandıqda ağzındakı üçlü diş qapağının (koronkasının) yerində olmadığını görüb.

O, əvvəlcə dişlərini udduğunu düşünərək təşvişə düşüb. İnternetdə qısa araşdırma etdikdən sonra vəziyyətdən narahat olan qadın dərhal xəstəxanaya yollanıb.

Xəstəxanada çəkilən döş qəfəsinin rentgeni hadisənin gedişatını dəyişib.

Müəyyən edilib ki, üç dişdən ibarət qapaq körpüsü qadının mədəsinə deyil, ağciyərinə düşüb.

Tənəffüs yollarının tıxanma riski olduğu üçün həkimlər dərhal müdaxiləyə başlayıblar.

Nadir hallarda rast gəlinən bu problem bronkoskopiya üsulu ilə aparılan əməliyyat nəticəsində həll olunub. Diş körpüsü qadının ağciyərindən uğurla çıxarılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
86
interpress.az

1Mənbələr