AZ

Marketlərdə hər kassa niyə ƏDV çeki vermir? - AÇIQLAMA

Bəzi marketlərdə 6 kassa olsa da, onların yalnız 2-3-də əlavə dəyər vergisi (ƏDV) qaytarılması tətbiq olunur, digər kassalarda isə bu imkan olmur. Nəticədə alıcılar “ƏDV vermir” deyilərək başqa kassaya yönləndirilir və bu da haqlı narazılıq yaradır.

Maraqlıdır, əgər satış eyni marketdə həyata keçirilirsə, niyə bütün kassalarda ƏDV tətbiq edilmir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov vurğuladı ki, ƏDV-dən azad olunan mallar var:

"Dükanlarda ƏDV tətbiq edilməyən mallar satılır. Məsələn, belə deyək, mal ciyəri kimi məhsullar ƏDV-yə cəlb olunmaya bilər və mallar bu şəkildə yönləndirilə bilər. Ancaq ümumilikdə, hətta belə hallarda da ƏDV çeki verilməlidir. Çek oxudulduqda qeyd olunmalıdır ki, məhsul ƏDV-dən azaddır. Düşünürəm ki, burada hansısa dükan tərəfindən istehlakçı hüquqlarının pozulması və aldatma halı var. Belə vəziyyətdə 012 599 76 00 nömrəsinə yığmaq lazımdır. Dövlət orqanından məsləhət almaq və şikayət etmək lazımdır. Hesab edirəm ki, burada istehlakçı hüquqlarının pozulması və istehlakçını aldadan müəyyən amil mövcuddur".

Məsələ ilə bağlı Redaktor.az Dövlət Vergi Xidmətinə də sorğu ünvanladı. Cavab olaraq isə bildirildi ki, mağazada edilən alış üzrə ƏDV-nin qaytarılması üçün təqdim olunan çek sadəcə adi satış qəbzi olmamalıdır:

"Həmin çek Nazirlər Kabinetinin təsdiq etdiyi forma və tələblərə uyğun tərtib edilməli və Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan şərtlərə cavab verməlidir".

Nuriyyə NATİQQIZI

Seçilən
108
1
redaktor.az

2Mənbələr