1-ci Liqanın 15-ci turu çərçivəsində bu gün öz meydanında "Mingəçevir" ilə 2:2 hesablı heç-heçəyə razılaşan lider "Şəfa" mübarizə apardığı çempionatlarda yenilməz olaraq qalır.
Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 33 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 28 görüşdə yenilgi tanımayıb.
Bu matçlardan 13-ü 2-ci, 15-i isə 1-ci Liqaya təsadüf edib.
Sözügedən kollektiv həm də bu mövsüm bütün Azərbaycan liqalarında məğlub olmayan yeganə komandadır.
Xatırladaq ki, hazırda 33 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir.
Nihat