“İstintaq çərçivəsində, bu gün (19 fevral) Norfolkdan olan altmış yaşlarında bir kişini vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə həbs etdik və Berkşir və Norfolkdakı ünvanlarda axtarışlar aparırıq. Kişi hazırda həbsdədir”,- polisin məlumatında deyilir.
![]() |
| Keçmiş şahzadə hər şeyi itirdi |
- Bu məsələyə ictimai marağı başa düşürük və vaxtı çatanda əlavə məlumat verəcəyik”,- Oliver Rayt vurğulayıb.
“BBC” Britaniya ictimaiyyətinin getdikcə daha çox Endryudan ABŞ-də Ceffri Epşteynlə münasibətləri barədə ifadə verməsini tələb etdiyini diqqətə çatdırır. Şirkətin məlumatına əsasən, polis onu rəsmi vəzifələr tutarkən vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə həbs edib.
“Keçmiş şahzadənin Epsteynə məxfi materiallar ötürməsi ilə bağlı şikayəti nəzərdən keçiririk. ABŞ-də açıqlanan Epşteyn işi ilə bağlı çoxlu sayda sənəddə Endryunun Sinqapur, Honkonq və Vyetnama səfərləri ilə bağlı hesabatları, eləcə də investisiya imkanları barədə məxfi məlumatları məhrum maliyyəçiyə ötürdüyü aşkarlanıb”, - Britaniya polisinin bu həftə yaydığı bəyanatda vurğulanır.
Bunun ardınca monarxiya əleyhinə olan “Republic” təşkilatı vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət sirlərinin açılması şübhələrini araşdırmaq üçün Temza Vadisi Polisinə (Bakinqemşir, Berkşir və Oksfordşir qraflıqlarını əhatələyir) müraciət edib.
Fevralın 19-da 66 yaşı tamam olan Endryu ona qarşı irəli sürülən bütün ittihamları dəfələrlə rədd edib. Keçmiş şahzadə heç bir qeyri-qanuni addım atmadığında israrlıdır.
Bununla belə, keçən ilin oktyabr ayında Böyük Britaniya kralı Karl III Çarlz qardaşını şahzadə titulundan və sahib olduğu bütün digər titullardan məhrum edib. Bir müddət əvvəl isə Endryu rəsmi şəkildə könüllü olaraq York hersoqu titulundan imtina edib.
Sahil İsgəndərov
AzVision.az
