AZ

Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq

Qlobal lüks moda sektorunda mühüm qərar qəbul edilib. Fransa şirkəti "Kering S.A" satışlardakı kəskin azalmadan sonra dünya üzrə 200-dən çox mağazanın bağlanması prosesinə başlayıb. Gucci, Saint Laurent və Balenciaga kimi nəhəng brendlərin daxil olduğu qrup xərcləri azaltmaq və yeni böyümə modeli formalaşdırmaq üçün köklü transformasiyaya hazırlaşır.

Satışlarda ikirəqəmli geriləmə

2025-ci ilin maliyyə nəticələri şirkətin üzləşdiyi mənzərəni aydın şəkildə göstərib. Kering-in ümumi gəlirləri 13% azalıb, qrupun aparıcı markası Gucci-də isə azalma 22%-ə çatıb.

Ekspertlərə görə, qlobal iqtisadi qeyri-müəyyənlik, istehlakçı davranışındakı dəyişiklik və lüks xərcləmələrdə yavaşıma geriləmənin əsas səbəbləri sırasındadır.

Mağaza şəbəkəsi kiçilir

Şirkət 2025-ci il ərzində 133 mağazanı bağlayaraq ümumi mağaza sayını 1719-a endirib. Bundan əlavə, dünya üzrə azı 100 mağazanın da bağlanması planlaşdırılır.

Bağlanmaların əhəmiyyətli hissəsinin Gucci mağazalarını əhatə edəcəyi gözlənilir.

Kering şirkətinin rəhbərliyi bu addımın brend dəyərini qorumaq və daha səmərəli əməliyyat şəbəkəsi qurmaq məqsədilə atıldığını vurğulayır.

Bu çərçivədə şirkət gözəllik bölməsini L'Oréal ilə bağlanmış razılaşma əsasında 4,7 milyard dollara satıb. Eyni zamanda lüks kosmetika və “wellness” seqmentində yeni tərəfdaşlıqlar və satınalmalar üçün hazırlıqlar aparılır.

Kering xüsusilə zərgərlik sektorunu gələcək böyümənin əsas istiqamətlərindən biri kimi mövqeləndirir və bu sahədə yeni investisiyalar və strateji addımlarla mövqeyini gücləndirməyi hədəfləyir.

Seçilən
105
2
marja.az

3Mənbələr