AZ

Ötən ay Azərbaycan Gürcüstandan 500-dən çox avtomobil idxal edib

Ötən ay Azərbaycan Gürcüstandan ümumi dəyəri 20,4 milyon ABŞ dolları olan 536 ədəd minik avtomobili idxal edib.

 FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında bildirilib.

Avtomobil tədarükü dəyər baxımından 1,6 dəfə, say baxımından isə 50 ədəd azalıb.

Yanvarda Gürcüstandan ixrac edilmiş minik avtomobillərinin ümumi sayı 7 460 ədəd təşkil edib. Qonşu ölkənin avtomobil ixracının 7,18%-i Azərbaycanın payına düşüb. (Apa)

Seçilən
56
4
fed.az

8Mənbələr