AZ

Qazaxıstan və Çin sərhədində güclü zəlzələ oldu

Fevralın 19-da Qazaxıstan-Çin sərhədində 5 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bakı vaxtı ilə saat 13:09-da baş verən zəlzələnin episentri Çinin təxminən 535 min əhalisi olan Aksu şəhərindən 126 kilometr şimalda yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Seçilən
87
publika.az

1Mənbələr