AZ

Medvedev xüsusi hərbi əməliyyatın məqsədlərini açıqlayıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev xüsusi hərbi əməliyyatın məqsədinin müharibə təhlükəsini həmişəlik aradan qaldırmaq və bu cür şərait yaradan rejimi demilitarizasiya etmək olduğunu söyləyib.

Herbiand.az xəbər verir ki, Medvedev bu barədə işçilərlə görüşdə bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, ərazi münaqişələri mövcud olduqca, müharibə təhlükəsi sistemli xarakter alacaq: “Buna görə də xüsusi hərbi əməliyyatın məqsədi bu cür imkanları gələcək üçün aradan qaldırmaqdır. Təbii ki, belə vəziyyəti yaradan rejimi demilitarizasiya etməkdir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
68
herbiand.az

1Mənbələr