AZ

Sahibkar Qadınlar İctimai Birliyinin nəzdində Həmkarlar təşkilatı yaradılıb

Bakı, 19 fevral, AZƏRTAC

Sahibkar Qadınlar İctimai Birliyinin nəzdində Həmkarlar təşkilatı yaradılıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva deyib. O bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri və sahibkar qadınlar iştirakı ilə keçirilən görüşdə qadın sahibkarlığının inkişafı, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Çıxışlarda qarşılıqlı dəstəyin artırılması, qadın sahibkarların hüquqlarının qorunması və onların fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində atılacaq addımlar xüsusi vurğulanıb. Səmimi və məhsuldar şəraitdə keçən müzakirələr tərəflər arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə inam yaradıb”, - deyə Z.Ağayeva bildirib.

Seçilən
96
2
azertag.az

3Mənbələr