AZ

Sabirabad Peşə Liseyinə direktor təyin edilib

Elçin Səmədov Sabirabad Peşə Liseyində direktor vəzifəsinə təyin edilib.

AzEdu.az-a bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Elçin Səmədov Şirvan şəhərində anadan olub. Ali təhsilini Sumqayıt Dövlət Universitetini "Azərbaycan dili və ədəbiyyatı müəllimi" ixtisası üzrə bitirib. 2024-cü ildən Azərbaycan Texniki Universitetində "Biznesin idarə edilməsi" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.

2010-2017-ci illərdə Sabirabad rayonu E.Sədiyev adına Qaragüney kənd 2  saylı tam orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışmış, Sabirabad rayonu İ. Məmmədov adına Azadkənd kənd tam orta  məktəbində pedaqoji fəaliyyətini davam etdirib.

2017-2025-ci il tarixinədək Sabirabad rayonu Yaxa Dəllək kənd Ə. Xanlarov adına tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Seçilən
77
6
azedu.az

10Mənbələr