Bu ilin yanvar ayında Azərbaycan 22 milyon 303 min ABŞ dolları dəyərində 26 min 692 ton xurma ixrac edib.
Dövlət Gömrük Komitəsinin aylıq hesbatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3 milyon 10 min ABŞ dolları (15,6 %), həcm baxımından isə 578,1 ton (2,2 %) çoxdur.
Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərinin 1 %-ni təşkil edib.
Alma ixracından gəliri 20 %-ə yaxın artıb
Bu ilin yanvar ayında Azərbaycan 8 milyon 194 min ABŞ dolları dəyərində 10 min 914 ton alma ixrac edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyon 336 min (19,5 %), həcm baxımından isə 209 ton (1,95 %) çoxdur.
Hesabat dövründə alma ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,4 %-ni təşkil edib.