AZ

"Qarabağ"ın rəqibində "ayrılıq küləyi": Ulduz futbolçu getmək istəyir

"Nyukasl"ın hücumçusu Nik Voltemade İngiltərə təmsilçisindəki mövqeyindən narazıdır.

Publika.az xəbər verir ki bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 24 yaşlı almaniyalı futbolçu yaxın gələcəkdə Bundesliqaya qayıtmaq variantlarını araşdırır. O, yenidən "Ştutqart" klubuna dönməyə və ya 2025-ci ilin yayında onunla maraqlanan "Bayern"ə keçməyə qarşı deyil.

Voltemade 2025-ci ilin avqustundan "Nyukasl"ın formasını geyinir. O, 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 39 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Futbolçunun klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, onun transfer dəyəri 70 milyon avro qiymətləndirilir.

Seçilən
87
publika.az

1Mənbələr