Şahzadə Endryunun həbsinin fotoları YAYILIB
Ajans.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. 19 fevral səhəri Endryunun yaşadığı Sandrinqem əmlakına altı polis maşını gəlib. Şahidlərin sözlərinə görə, maşınlarda heç bir işarə olmayıb, lakin binaya daxil olan kişilərdən biri polis əməkdaşları tərəfindən istifadə edilən noutbuk daşıyıb. Altı maşından ibarət karvan qısa müddət ərzində əmlakı tərk edib. Keçmiş Şahzadə Endryu uzun illərdir yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar iddiaları ilə təqib olunur. Ən səs-küylü qalmaqal amerikalı Virciniya Roberts-Cuffre ilə bağlıdır: o, 17 yaşında Endryu ilə cinsi əlaqəyə məcbur edildiyini iddia edib. Roberts-Cuffre 2025-ci ilin aprelində vəfat edib. Oktyabr ayında onun xatirələri dərc olunub və orada Endryu ilə əlaqəli təcrübələrini, o cümlədən orgiyalarını da təsvir edib. Məlumata görə, III Çarlzın rüsvay edilmiş kiçik qardaşı amerikalı maliyyəçi Ceffri Epşteynə yaxın olub və yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayətlərdə adı hallanıb.