AZ

Der Spiegel: “MKİ əvvəlcə dəstəkləyib, sonra isə imtina edib”

AzVision.az xəbər verir ki, öz araşdırmalarının nəticələrinə istinad edən Almaniyanın “Der Spiegel” jurnalı belə məlumat yayıb.

“2022-ci ilin yazında MKİ-nin nümayəndələri Kiyevdə Ukraynanın silahlı təxribatlar üzrə mütəxəssisləri ilə görüşbülər. Ukraynalılar onda Rusiyanın qaz ixracından götürdüyü gəliri məhdudlaşdırmaq üçün “Şimal Axını” boru kəmərini partlatmaq ideyasını irəli sürüblər”,- əməliyyatın hazırlanmasından məlumatlı olan mənbələr nəşrə bildiriblər.

Jurnalın məlumatına görə, daha sonra Amerika agentləri ilə hücum təşkilatçıları arasında bir neçə görüşün keçirildiyi iddia edilir. Nəşrin mənbələri deyiblər ki, 2022-ci ilin yazında MKİ agentləri hətta ən azı Ukrayna ideyasını dəstəkləyiblər.

Onların sözlərinə görə, tərəflər sabotaj əməliyyatının texniki təfərrüatları barədə məlumat mübadiləsinə başlayıblar. Lakin, elə həmin il yayın əvvəlində Amerika tərəfi onlara əməliyyatı dəstəkləmək, o cümlədən maliyyələşdirmək iqtidarında olmadığını bildirib. Bu barədə “Der Spiegel” nəşrini Ukraynanın təhlükəsizlik xidmətindəki mənbələr məlumatlandırıblar.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
40
1
azvision.az

2Mənbələr