AZ

Macarıstan və Slovakiya Ukraynaya dizel tədarükünü dayandırdı

Macarıstan və Slovakiya Rusiya neftini daşıyan "Druzhba" boru kəmərindəki kəsinti səbəbindən Ukraynaya yönəlmiş dizel ixracını dayandırıb.

"Cebheinfo.az" xəbər verir ki, hər iki ölkə zədələnmiş boru kəmərinin təmir edilməməsini əsas gətirərkən, Budapeşt rəhbərliyi Kiyevi "siyasi şantajda" ittiham edib.

Macarıstan xarici işlər naziri Peter Sijerto bildirib ki, Ukraynaya dizel yanacağı daşınması dayandırılıb:

“Ukraynalılar "Druzhba" boru kəməri vasitəsilə Macarıstana xam neft nəqlini bərpa edənə qədər dizel tədarükü yenidən başlamayacaq".

Xatırladaq ki, Rusiyadan Macarıstana və Slovakiyaya neft transferi 27 yanvarda dayanıb.Mətbuatda yer alan xəbərlərə görə, neftin daşındığı boru kəməri Ukrayna ərazilərində həyata keçirilən Rusiya hava hücumu zamanı zədələnib.

Sijerto Ukraynanın boru kəmərini təmir etmək üçün həm kifayət qədər imkana, həm də vaxta sahib olduğunu, buna baxmayaraq təmirin aparılmamasının "şüurlu bir seçim" və "bilavasitə Ukrayna Prezidenti tərəfindən qəbul edilmiş siyasi qərar" olduğunu irəli sürüb.

Slovakiya Baş naziri Robert Fiko rəhbərliyindəki hökumət dövlət nəzarətindəki "Slovnaft" neft emalı zavodunun daxili bazara üstünlük vermək məqsədilə dizel ixracını dayandıracağını açıqlayıb:

""Slovnaft" Ukraynaya dizel ixracını və digər bütün ixracatları dayandırır. Hazırkı andan etibarən Slovakiyada emal olunacaq hər şey yalnız Slovakiya bazarı üçün nəzərdə tutulacaq".

Slovakiya, həmçinin fövqəladə vəziyyət ehtiyatlarından 250 min ton neftin istifadəyə verildiyini bildirib. Hər iki ölkə əllərində kifayət qədər yanacaq ehtiyatı olduğunu qeyd etməklə yanaşı, mövcud ehtiyatları daxili bazarlarına yönəltmək istədiklərini ifadə edirlər.

Seçilən
73
cebheinfo.az

1Mənbələr