AZ

Cənubi Qafqazda Rusiyaya çətinlik yaradırlar – Qaluzin

"Qərb Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyaya təhlükəsizliklə bağlı çətinliklər yaratmağa çalışır".

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzin bildirib ki, Qərb bu gün Ukraynada Kiyev vasitəsilə addımlar atır və Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya istiqamətində təhlükəsizlik problemləri formalaşdırmağa çalışır:

"İnteqrasiya birliyi çərçivəsində həmin ölkələrlə münasibətlərimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır. Rusiya keçmiş sovet respublikaları ilə iqtisadi əlaqələrini genişləndirir. Məsələn, beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi kimi strateji layihəyə baxmaq kifayətdir, biz bunu tərəfdaşlarla birgə inkişaf etdiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr