AZ

Türkiyə-Azərbaycan Universiteti təkcə təhsil ocağı deyil, həm də qardaşlığımızın rəmzidir

Bakı, 19 fevral, AZƏRTAC

Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumunun imzalanmasından 2 il ötür. Türkiyə-Azərbaycan Universiteti təkcə təhsil ocağı deyil, həm də bizim qardaşlığımızın ən bariz rəmzidir.

AZƏRTAC xəbər verir ki, bunu universitetin rektoru vəzifəsini icra edən Vilayət Vəliyev söyləyib.

“Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevə iki qardaş ölkənin tarixinə bu mühüm və əlamətdar hadisəni yazdıqları üçün öz minnətdarlığımızı bildirir, Türkiyə və Azərbaycanın təhsil ictimaiyyətini ürəkdən təbrik edir, universitetin fəaliyyətinə yeni-yeni uğurlar arzulayıram!”, - deyə Vilayət Vəliyev bildirib.

Xatırladaq ki, Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair anlaşma memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

Seçilən
79
1
azertag.az

2Mənbələr