AZ

Rusiyada axtarış olan şəxs qumbara ilə özünü partladıb

Rostov vilayətində axtarış olan şəxs qumbara ilə özünü partladıb.

APA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, federal axtarışda olan şəxsin yeri Taqanroq yaxınlığındakı Nikolayevka kəndində müəyyən edilib. O, saxlanılarkən müqavimət göstərib və qumbaranı partladıb. 45 yaşlı kişi hadisə yerində ölüb, iki polis əməkdaşı isə yaralanıb.

O, fərarilik ittihamı ilə axtarışda olub.

Seçilən
20
2
apa.az

3Mənbələr