AZ

Lerikdə şəhid Nail Dənziyev dəfn edildi

Lerikdə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyev dəfn olunub.

"Unikal" xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Lerik rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Nail Fahil oğlu Dənziyev 1974-cü il mayın 29-da Lerikin Mastail kəndində anadan olub. 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

N.Dənziyev doğulduğu kənddə dəfn edilib.

Xəlil Əliyev

Seçilən
99
unikal.az

1Mənbələr