AZ

Bu hava limanı uçuşları LƏĞV EDİB

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi fevralın 19-da məlumat yayıb. Nazirliyin açıqlamasına görə, günün əvvəlindən etibarən hava limanları ümumilikdə 320 reysi qəbul edib – 160 eniş və 160 qalxış. Altı reys alternativ aerodromlara yönləndirilib. Xarici aviaşirkətlərə məxsus altı reys də daxil olmaqla, ümumilikdə 19 uçuş (gəliş və gediş) ləğv edilib. Daha 14 reys isə iki saatdan çox gecikib. Nazirlik bildirib ki, cədvəldəki dəyişikliklər təkcə qar yağışı ilə deyil, həm də güclü küləklə əlaqədardır. Qurum sərnişinlərə xatırladıb ki, uçuşların gecikməsi halında aviaşirkətlər Federal Aviasiya Qaydalarına uyğun olaraq sərnişinləri içkilər, qida və zərurət yaranarsa, hotellə təmin etməlidirlər. Bildirilib ki, paytaxt regionunda hava nəqliyyatı əməliyyatları Nazirliyin, eləcə də Federal Hava Nəqliyyatı Agentliyinin xüsusi nəzarəti altındadır. Rostransnadzor müfəttişləri isə hava limanlarında gecə-gündüz növbətçilik edirlər.

 

Seçilən
44
Ajans.az

1Mənbələr