AZ

İtkin Rəsul Ağayevin nəşinin qalıqları Sabirabadda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 34 il sonra tapılan şəhid hərbçi Ağayev Rəsul Babaxan oğlunun qalıqları ailəsinə təhvil verilib.

Aznews.az xəbər verir ki, bu gün şəhid Rəsul Ağayevlə onun yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Sabirabad rayonu, Nərimankənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, rayon ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri və hərbiçilər iştirak ediblər.

Seçilən
52
3
aznews.az

5Mənbələr