
Britaniya polisi Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzoru amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal çərçivəsində saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, keçmiş şahzadə 66-cı doğum günündə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək həbs edilib.
Nəşrin yazdığına görə, Kralın qardaşı Britaniyanın ticarət nümayəndəsi olduğu dövrdə Cefri Epşteynə gizli məlumatlar ötürməkdə ittiham olunub.