AZ

Lavrov: Trampdan bunu gözləmirdik

Bayden hakimiyyətindən sonra Tramp administrasiyasının  “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalar elan etməsi Kreml üçün gözlənilməz oldu.

Ölkə.az xəbər verir ki, bunu RF xarici işlər naziri  Sergey Lavrov "Əl-Ərəbiyyə"yə verdiyi müsahibədə bildirib .

"Bundan sonra amerikalıların Hindistandan Rusiya neftini almağı dayandırmasını tələb etdikləri barədə elan yayıldı. Daha sonra Venesuela yarandı. Bu yaxınlarda OFAC (ABŞ Maliyyə Nazirliyinin bir bölməsi - Xarici Aktivlərə Nəzarət İdarəsi) Venesuelanın neft sənayesinin fəaliyyətini bərpa etməsinə icazə verən, lakin Rusiya, Çin, İran və Şimali Koreyanın iştirakını qadağan edən bir növ əmr verib", - Lavrov qeyd edib.

Nazirin sözlərinə görə, əgər amerikalılar bizə səmimi qəlbdən deyirdilərsə ki, gəlin Ukraynanı həll edək və qarşılıqlı faydalı əməkdaşlığa başlayaq, onda bizi qlobal enerji bazarlarından sıxışdırıb çıxarmağa çalışmaları anlaşılan deyil.

"Cenevrədə keçirilən genişləndirilmiş hərbi-siyasi danışıqlara əlavə olaraq, amerikalı həmkarlarımızla ikitərəfli iqtisadi işçi qrupu yaratmaq barədə razılığa gəldik. Bu qrup çərçivəsində bütün bu məsələləri müzakirə edəcəyik. Tramp administrasiyası tərəfindən müəyyən edilmiş qarşılıqlı faydaların nə olduğunu anlamaq istəyirik", -Lavrov qeyd edib.

Mürtəza

Seçilən
91
1
olke.az

2Mənbələr