AZ

“Epşteyn işi”: Britaniya kralının qardaşı saxlanıldı

Britaniya kralı III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu “Epşteyn işi” çərçivəsində saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, bu səhər onun yaşadığı Norfolkdakı malikanəsinə bir neçə polis maşını gəlib.

Endryu dövlət vəzifəsində qanun pozuntusuna yol verməkdə şübhəli bilinərək saxlanılıb.

 

Polis hələlik heç bir rəsmi məlumat verməyib.

Seçilən
28
sitat.info

1Mənbələr