AZ

Qərbi Azərbaycan İcması “Amnesty International”ın açıqlamasına bəyanatla cavab verdi



Qərbi Azərbaycan İcması “Amnesty International”ın Azərbaycan məhkəməsinin erməni hərbi əsirləri barəsində çıxardığı hökmlərə dair əsassız açıqlamasına cavab olaraq bəyanatla çıxış edib.

Bəyanatda deyilir:

2026-cı il fevralın 17-də “Amnesty International” təşkilatı Azərbaycan məhkəməsinin erməniəsilli şəxslər barədə çıxardığı hökm barədə tamamilə əsassız, böhtan xarakterli açıqlama ilə çıxış etmişdir.

İlk öncə vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcması müxtəlif vaxtlarda “Amnesty International” təşkilatına Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına kömək etməsi xahişi ilə müraciət etmişdi. Lakin təşkilat olduqca mücərrəd cavab verərək ədaləti dəstəkləməkdən boyun qaçırmışdır.

17 fevral açıqlaması ilə “Amnesty International” bu mücərrəd cavabın səbəblərini bir daha göstərmişdir. “Amnesty International” özünün kağız üstündə bəyan etdiyi nəcib dəyərlərə xəyanət edərək işğalçının, etnik təmizləmə, bir həftə sonra 34-cü ildönümü anılacaq Xocalı soyqırımını törədən canilərin yanında olduğunu, insan haqlarına, insan iztirablarına, humanitar fəlakətlərə yalnız siyasi prizmadan yanaşdığını nümayiş etdirmişdir.

“Amnesty International” belə saxtakar mövqeyi ilə bu gün dünyada beynəlxalq təsisatlara etibarın kəskin şəkildə zədələnməsinə öz “töhfəsi”ni verməkdədir.

ZÜMRÜD

Seçilən
41
19
baki-xeber.com

10Mənbələr