AZ

Bir qurumdan çıxarılıb digərində yenidən sədr müavini oldu - FOTO

Bir qurumdan çıxarılıb digərində yenidən sədr müavini oldu - FOTO

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur İbrahimov vəzifəsindən azad olunub.

AFN.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev (mənbədə qeyd olunan texniki xətanın əksinə) müvafiq əmr imzalayıb. Qeyd edək ki, Z.İbrahimov 2020-ci ilin iyul ayından bu vəzifəni icra edirdi.

Nocomment.az-ın məlumatına görə, Zaur İbrahimov artıq yeni vəzifəyə təyinat alıb. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədrinin müavini təyin edilib.

Xatırladaq ki, cari ayın 6-da Prezidentin Sərəncamı ilə Vüsal Nəsirli AAYDA-nın İdarə Heyətinin sədri təyin olunmuşdu. Bu təyinat agentliyin rəhbər heyətində aparılan növbəti kadr islahatıdır. V.Nəsirli buna qədərəmək və əhalinin sosial müdafiəsi nazirinin müavini işləyib. 

Seçilən
58
afn.az

1Mənbələr