AZ

Fabreqas "Milan"ın baş məşqçisindən üzr istədi - "Bir də belə şey etməyəcəyəm"

"Komo"nun baş məşqçisi Sesk Fabreqas A Seriyasının 24-cü turunda 1:1 hesabı ilə başa çatan oyun zamanı aralarında yaranan münaqişəyə görə "Milan"ın baş məşqçisi Massimiliano Alleqridən üzr istəyib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Canluka Di Martsio ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:

"Xoşagəlməz hərəkətimə görə üzr istəyirəm. Ümid edirəm ki, bir daha belə bir şey etməyəcəyəm. Alleqridən də üzr istəmişəm. 64 saat ərzində daha bir vacib oyunumuz var və diqqətimizi cəmləməliyik".

Qeyd edək ki, matç zamanı Fabreqas "qırmızı-qaralar"ın hücumçusu Aleksis Saelemaekeri yan xəttə itələyərək Alleqrini qəzəbləndirib. Massimiliano texniki zonadan kənara çıxıb və mübahisə nəticəsində qırmızı vərəqə alıb. Oyundan sonra iki məşqçi mətbuat konfransına gedərkən yenidən mübahisə ediblər. Alleqri Seski "dünən məşqçiliyə başlayan uşaq" adlandırıb.

Cari İtaliya çempionat mövsümündə "Milan" 54 xalla ikinci yerdədir. 42 xalı olan "Komo" isə altıncı pillədə qərarlaşıb.

Seçilən
0
fanat.az

1Mənbələr