AZ

Birinci Qarabağ müharibəsində itkin düşən Şahin Kərimovun qalıqları Mingəçevirdə dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Kərimov Şahin Heydər oğlunun nəşinin qalıqları Mingəçevir şəhərində ailəsinə təhvil verilib.

APA-nın yerli bürosu xəbər verir ki, şəhidlə vida mərasimi keçirildikdən sonra qalıqlar Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və səhər sakinləri iştirak edib.

Yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə şəkilən Azərbaycan bayrağı onun doğmalarına təhvil verilib.

1972-ci ildə Mingəçevir şəhərində anadan olan Kərimov Şahin Heydər oğlu 1993-cü ildə Kəlbəcər rayonu, Murovdağ silsiləsində gedən döyüşlərdə itkin düşüb.

Birinci Birinci Birinci Birinci Birinci Birinci
Seçilən
32
5
apa.az

7Mənbələr