AZ

"Real Madrid"in əfsanəvi futbolçusu "Qarabağ"ı SƏRT TƏNQİD ETDİ

"Birinci hissənin "Nyukasl Yunayted" üçün möhtəşəm 45 dəqiqə olduğunu inkar etmək olmaz. Hesab 0:5 idi və 0:10 da ola bilərdi".
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, bunu "TNT Sports" kanalında ekspert kimi fəaliyyət göstərən "Real Madrid"in əfsanəvi sabiq futbolçusu Stiv Makmanaman "Qarabağ" - "Nyukasl Yunayted" oyununun nəticəsini müzakirə edərkən deyib.
 
Görüşün fasiləsində danışan İngiltərə millisinin sabiq üzvü "Qarabağ"ı sərt tənqid edib:
 
"Mən bilmirəm bu nə komandadır. Bunlar "Ayntraxt"ı və "Benfika"nı məğlub edən komandaya oxşamırlar. Onlar özlərini başqası kimi göstərən bir dəstəyə bənzəyirlər".
 
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-off görüşündə "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə 1:6 hesabı ilə uduzub. Təkrar oyun fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə keçiriləcək.
 
Seçilən
54
moderator.az

1Mənbələr