AZ

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 7%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla Gürcüstan arasında ticarətəməliyyatlarının həcmi 77,9 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 4,8 milyon ABŞ dolları və ya 6,6% çoxdur.

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 69,3 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 4,7 milyon ABŞ dolları və ya 7,3% çoxdur.

Hesabat ayı ərzində Azərbaycandan Gürcüstana ixracəməliyyatlarının 31,617 milyon dollarını qeyri-neft məhsullarıtəşkil edib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici iləmüqayisədə 5,1 milyon ABŞ dolları və ya 19,4% çoxdur. Gürcüstanaqeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi qeyri-neftixracına nisbətən 11,78% paya malik olub. Bununla da hesabat ayındaGürcüstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyiölkələr siyahısında 3-cü pillədə qərarlaşıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 8,6 milyon ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ciilin eyni dövrü ilə müqayisədə 51 min ABŞ dolları və ya 0,6% artımdeməkdir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar vəya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%azdır.

Seçilən
60
7
az.trend.az

8Mənbələr