Bakı metrosundan ödənişsiz istifadə etmək hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları müvafiq qanunvericilik aktları ilə müəyyən edilib.
Bu barədə"Bakı metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, həmin qanunvericilik aktları və metrodan ödənişsiz istifadə edə bilən sərnişin kateqoriyaları bunlardır:
"7 yaşına qədər uşaqlar - Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək hüququna malikdirlər;
Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları - “Polis haqqında” qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər;