AZ

Zaur İbrahimov Sosial Xidmətlər Agentliyinin sədr müavini vəzifəsindən azad edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur Kamal oğlu İbrahimov vəzifəsindən azad edilib. Bununla bağlı nazir Anar Əliyev Əmr imzalayıb. Bu barədə Qaynarinfo məlumat yayıb. 

Zaur İbrahimov 2020-ci ilin iyul ayından həmin vəzifədə çalışırdı.

 İbrahimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədrinin müavini təyin edilib. Qeyd olunur ki, bu ayın 6-sı Prezidentin Sərəncamı ilə Vüsal Nəsirli AAYDA-nın İdarə Heyətinin sədri təyin olunub.

Seçilən
48
1
anews.az

10Mənbələr