AZ

Azərbaycanda nə qədər minik avtomobili var?

Azərbaycanda qeydiyatda olan minik avtomobillərinin sayı açqlanıb. 
Dövlət Statistika Komitəsi Xezerxeber.az-ın sorğusuna cavab olaraq yeni rəqəmləri təqdim edib. 
Məlum olub ki, 2025-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 676 min 80 ədədə çatıb. 
Komitənin hesabatından ölkənin minik avtomobili parkının yaş göstəriciləri də aydınlaşıb. Məlum olub ki, avtomobil parkında yaşı 2 ilədək olan maşınların sayı 92 732, 2 ildən 5 ilədək olanların sayı 69 014, 5 ildən 10 ilədək olanların sayı 139 556, 10 ildən 20 ilədək olanların sayı 639 400 və 20 yaşdan yuxarı minik avtomobillərinin sayı isə 735 378-dir. 
Statistikadan görünür ki, Azərbaycanın minik avtomobili parkının təxminən 44 faizini yaşı 20-dən çox olan maşınlar təşkil edir. Əgər istehsal ili 10-dan yuxarı olan avtomobilləri "yaşlı" kateqoriyasına daxil etsək, bu rəqəm ümumi minik avtomobili parkının 83 faizə yaxınını təşkil edir. 
2025-ci ildə təkcə Bakı şəhəri üzrə minik avtomobillərinin sayı isə 698 167 ədəd təşkil edib. Paytaxtda yaşı 2 ilədək olan avtomobillərin sayı 68 165, 2 ildən 5 ilədək olan maşınların sayı 51 823, 5 ildən 10 ilədək olanların sayı 81 147, 10 ildən 20 ilədək olanların sayı 282 714 və 20 yaşdan yuxarı minik avtomobillərinin sayı isə 214 318 olub. 
Statistikadan o da məlum olur ki, Bakının minik avtomobili parkı üzrə yaşla bağlı rəqəmlər ölkə üzrə göstəricilərdən fəqlidir. Məsələn, paytaxtda yaşı daha çox (20-dən yuxarı) olan minik avtomobillərinin sayı nisbətən azlıq təşkil edir. Başqa sözlə, yaşı 10 ildən 20 ilədək olan minik avtomobillərinin sayı (Bakının minik avtomobili parkının 44%-i), yaşı 20-dən  yuxarı olanların sayından təxmini 32 faiz çoxdur. 

Atif Sarıxanlı

Seçilən
20
1
xezerxeber.az

2Mənbələr