"Araz Naxçıvan"a matçda rəqibini topsuz vəziyyətdə təpiklə vuran "Sumqayıt"ın hücumçusu Aleksanr Ramalinqom birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulmuşdu.
Rekord.az xəbər verir ki, buna görə AFFA İntizam Komitəsi ona 3 oyunluz cəza verib.
Maraqlıdır ki, "imişli" ilə oyunda rəqibini vuraraq meydançadan qovulan "Qarabağ"ın futbolçusu Kadi Borgestin cəzası iki oyun olub. Maraqlıdır, "Sumqayıt" qərardan apellyasiya şikayəti verəcəkmi? Bununla bağlı klubun mətbuat katibi Zaur Xudiyevə sual ünvanladıq. Klub rəsmisi belə bir fikirlərinin olmadığını bildirdi: "Apellyasiya şikayəti vermək fikirimiz yoxdur. Saşa İliçə görə də bunu etməmişdik. Çünki hansısa faydasının olacağına inanmırıq".