AZ

Kreml Ukrayna ilə bağlı yeni danışıqların yeri və tarixi barədə açıqlama yayıb

“Moskva hələlik Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti danışıqların tarixini və yerini açıqlaya bilmir, çünki konkret məlumat yoxdur”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Hələlik heç bir açıqlama vermirik. Hər hansı bir konkret məlumat əldə edən kimi, dərhal sizə məlumat verəcəyik", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Ukrayna arasında danışıqların növbəti mərhələsinin İsveçrədə keçiriləcəyini açıqlayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr