AZ

Kivu sensasiyalı məğlubiyyətdən danışdı

style='margin-bottom:10px;'>

"İnter"in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Budo-Qlimt"ə 1:3 hesabı ilə uduzmaqları (1:3) barədə danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis gözlənilməz məğlubiyyət haqda bunları deyib: 

"Komanda çox çalışdı və bütün 90 dəqiqə ərzində oyuna kökləndi. Əks-hücumdakı səhvlərimizin cəzasını gördük. Meydanın vəziyyətinə baxmayaraq, komanda çox çalışdı. Bu, bəhanə deyil, amma oyunçularımı günahlandıra bilmərəm.

İndi vəziyyəti qiymətləndirməliyik. Bir neçə kiçik problemimiz var. Üç gündən sonra "Leççe" ilə oyun keçirəcəyik. Lautaro Martinezin ciddi zədəsi var.

"Bodo/Qlimt" bu meydançaya öyrəşib, amma biz yox. Bu, bəhanə deyil. Qarşıda cavab oyunu var. Hələ də hər şey mümkündür. "San Siro"da növbəti mərhələyə yüksəlməyə çalışacağıq".

Seçilən
55
1
teleqraf.com

2Mənbələr