AZ

Arktikada yeni strategiya: Qrenlandiyaya yatırım və müdafiə sənayesi planları- ÖZƏL 

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen mart ayında Qrenlandiyaya səfər edərək 500 milyon avroluq investisiya paketini elan etməyi planlaşdırır, bu paket Arktika təhlükəsizliyini dəstəkləmək və bərpa olunan enerji, kritik xammal və müdafiə sənayesi layihələrini əhatə edəcək.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 
" Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Qrenlandiyaya 500 milyon avroluq investisiya paketini elan etməsi, təkcə iqtisadi təşəbbüs deyil, həm də Aİ-nin Arktikadakı strateji mövqeyini gücləndirməyə yönəlmiş geosiyasi addımdır. Bu addım fon der Leyenin Davos Forumundakı çıxışında da əks olunduğu kimi, "Arktika təhlükəsizliyinə dəstək" və "ərazi bütövlüyünün qorunması" mesajları ilə müşayiət olunur ki, bu da Brüsselin Qrenlandiyaya marağını yalnız iqtisadi deyil, həm də təhlükəsizlik və suverenlik kontekstində əsaslandırır.
İnvestisiya paketinin əsas istiqamətləri  bərpa olunan enerji, kritik xammal və müdafiə sənayesi  Aİ-nin uzunmüddətli strateji maraqları ilə sıx bağlıdır. Arktikada nadir metalların və digər strateji xammalların önəmi artmaqda davam edir və bərpa olunan enerji layihələri regionun gələcək enerji təhlükəsizliyində həlledici rol oynaya bilər. Müdafiə sənayesi komponenti isə Aİ-nin Arktikada mövcudluğunu gücləndirməyə və potensial geosiyasi təzyiqlərə qarşı hazırlıqlı olmağa xidmət edir.
Fon der Leyenin vurğuladığı "ərazi bütövlüyü" ifadəsi isə Vaşinqtona birbaşa xəbərdarlıqdır. Trampın Qrenlandiyanı almaq və ya icarəyə götümək istəməsi Brüssel tərəfindən narahatlıqla izlənilir. Ona görədə ABŞ-ın Arktikadakı təşəbbüslərinə qarşı bu paket bir geosiyasi qalxandır. 
Bu, Aİ-nin öz müttəfiqləri  xüsusilə Danimarka  ilə birgə Qrenlandiyanın suverenliyini qorumaq niyyətini açıq şəkildə nümayiş etdirir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr