AZ

Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyi ziyarət edilib

Milli Məclisin deputatı, Hesablayıcı komissiyanın üzvü, Parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü Səbinə Salmanova Sumqayıt şəhər 1, 11, 16 və 18 nömrəli məktəblərlərin şagirdləri ilə birlikdə Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyini ziyarət edib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, onlar muzeydəki eksponatlarla tanış olublar.

Ziyarətçilərə Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulması, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsi, 487 nəfər dinc sakinin ağır yaralanması, 1275 nəfərin girov götürülməsi və hadisələrin necə cərəyan etməsi barədə geniş məlumat verilib.



Seçilən
67
9
herbiand.az

10Mənbələr