AZ

ABŞ internetdə azadlıq proqramlarını faktiki olaraq DONDURUB

ABŞ internet azadlığını dəstəkləmə proqramını faktiki olaraq dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ hakimiyyəti internetdə azadlığın dəstəklənməsi üzrə proqramı demək olar ki, tamamilə ixtisar edib.

Xarici ölkələrdəki internet bloklamalarından yan keçmək üçün texnologiyalar hazırlayan bəzi şirkətlər maliyyə çatışmazlığı səbəbindən işçi heyətini ixtisar etmək məcburiyyətində qalıblar, bir sıra digər şirkətlər isə hazırda ödənişsiz fəaliyyət göstərir.

Mənbənin bildirdiyinə görə, cari ildə ABŞ Dövlət Departamenti bu sahə üzrə fəaliyyət göstərən qurumlara bir dənə də olsun qrant ayırmayıb.

Bu vəziyyət qlobal şəbəkədə senzuraya qarşı mübarizə aparan texnoloji layihələrin gələcəyini ciddi sual altına qoyub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr