AZ

Zelenski seçkilərin keçirilmə şərtlərini açıqladı

ain.az, Modern.az saytına istinadən bildirir.

Ukraynada iki aylıq atəşkəs əldə olunarsa, nəzəri olaraq seçkilər keçirilə bilər.Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu fikri Prezidenti Volodimir Zelenski bildirib.

"Düşünürəm ki, tərəfdaşlarımız bir suala cavab verməlidirlər: onlar nə istəyirlər? Onlar əsl seçkilər istəyirlər, yoxsa sadəcə məni əvəz etmək istəyirlər? Düşünürəm ki, ruslar sadəcə məni əvəz etmək istəyirlər. Və bunun mədəni bir yolu var - seçkilər", - deyə o qeyd edib.

Zelenski vurğulayıb ki, Vaşinqton Ukraynada sülh yarada bilsə, ABŞ-ın seçkilərlə bağlı bəzi təkliflərini bloklamaz.

"Əgər seçkilərin keçirilməsi üçün iki aylıq atəşkəsə nail olunsa, parlamentlə danışıb deputatları  dəstəkləmədikləri bir şeyə sövq etmək üçün əlimdən gələni edəcəyəm. Onlar müharibə zamanı seçkilərin keçirilməsini dəstəkləmirlər, heç xalq da dəstəkləmir. Baxmayaraq ki, iki aylıq atəşkəs müharibəyə son qoymur, mən parlamentlə danışa bilərəm", - Zelenski qeyd edib.

Eyni zamanda, Zelenski vurğulayıb ki, bunun baş verməsi üçün xalq öz fikrini referendumunda bildirməli, parlament isə mövcud qanunvericilikdə dəyişiklik etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
modern.az

1Mənbələr