AZ

Pakistanda yaşayış binasında PARTLAYIŞ: Azı 16 nəfər öldü, xeyli yaralı var

Pakistanın Kəraçi şəhərində yaşayış binasında qaz sızmasının səbəb olduğu partlayış nəticəsində azı 16 nəfər ölüb.

Bu barədə "Dawn" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 14 nəfər xəsarət alıb.

Ölən və yaralananlar arasında qadın və uşaqların da olduğu bildirilir.

İlkin ehtimala görə, partlayış binanın birinci mərtəbəsində baş verib. Hadisədən sonra ikimərtəbəli bina qismən çöküb, ətraf tikililərə də ziyan dəyib.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Seçilən
28
7news.az

1Mənbələr