AZ

Nadir Qafarzadə oğlan oxuyanım olub, toylara aparmışam

ain.az, Milli.az saytına istinadən bildirir.

Könül Kərimova canlı efirdə maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, əməkdar artist həmkarı Nadir Qafarzadə ilə bağlı illər əvvəl yaşananları bölüşüb.

Sənətçi bildirib ki, bir vaxtlar Nadir Qafarzadə toy məclislərində onunla birlikdə çıxış edib və "oğlan oxuyanı" kimi məclislərə qatılıb. Onun sözlərinə görə, toylarda tez-tez Nadirə görə təşəkkür ediblər və ifası yüksək qiymətləndirilib:

"Həmişə onunla toya gedəndə, Nadirə görə mənə təşəkkür edirdilər. Onun ifasını çox tərifləyirdilər".

Kərimova qeyd edib ki, Nadir Qafarzadə təkcə onunla deyil, həmçinin Ruhəngiz Allahverdiyeva və Nüşabə Ələsgərli ilə də toy məclislərinə qatılıb. Onun sözlərinə görə, həmin dövrdə zarafatla aralarında "kimlə toya gedəcək?" mövzusunda müəyyən rəqabət də yaranıb.

Səsləndirilən fikirlər studiyada maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
news.milli.az

2Mənbələr