AZ

Qazilərin və müharibə iştirakçıların pensiyaları necə hesablanacaq? - RƏSMİ

Bakı. Trend:

Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları pensiya vətəqaüd hüququndan eyni vaxtda tam olaraq istifadə edə bilirlər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sosial MüdafiəFondundan məlumat verilib.

Bildirilib ki, Birinci və İkinci Qarabağ müharibəsiiştirakçıları (müharibə veteranları, hərbi qulluqçu sayılmayan,hərbi rütbəsi olmayan, əsgərlər) qanunvericiliklə müəyyən edilmişpensiya yaş həddinə çatdıqda və fərdi şəxsi hesabın sığortahissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimumməbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığortastajından asılı olmayaraq, bu pensiya təminatınaimkan vermədikdə isə azı 25 il sığorta stajıolduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar:

“Qeyd olunan kateqoriyadan müharibə ilə əlaqədar orqanizminfunksiyalarının 81-100 faiz pozulması nəticəsindəəlilliyi müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət hərbiqulluqçularına (əsgərlərə) isə əlilliyə görə əmək pensiyası xidmətmüddətindən asılı olmayaraq təyin edilir.

Eyni zamanda, döyüşən ordunun tərkibində olduqları döyüşmüddətləri onların stajına ikiqat ölçüdəhesablanır. Bu da onların həm pensiya hüququnun yaranmasına, həm dəpensiya məbləğinə təsir edir”.

Xüsusilə vurğulanıb ki, müddətli həqiqi hərbi xidmət hərbiqulluqçularına (əsgərlərə), o cümlədən bunlardan müharibəiştirakçısı olanlara yaş həddinin güzəşt edilməsi iləbağlı qanunvericilkdə hər hansı norma nəzərdətutulmayıb:

“Müharibə veteranı statusu alımış şəxslərə, həmçinin hərbixidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanlarapensiya və ya müavinətdən əlavə Prezident təqaüdü də ödənilir.Göründüyü kimi, pensiya və təqaüd hüququndan eyni vaxtda tam olaraqistifadə edə bilirlər. Yəni, sözügedən kateqoriyadan olan şəxsləryaşa görə əmək pensiyasına çıxdıqda Prezident təqaüdünün ödənişidayandırılmır”.

Qeyd edilib ki, yuxarıda bəhs edilən təqaüdlərin məbləği müvafiqolaraq 80, 400,500600 manat təşkil edir.

Seçilən
61
15
az.trend.az

10Mənbələr