Avtosfer saytına istinadən ain.az xəbər verir.
Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 18-də səhər saatlarında Yuxarı Şilyam kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-21099” markalı avtomobil, “VAZ-2107” maşınla toqquşub. İlkin məlumata görə, qəzaya manevr qaydalarının pozulması səbəb olub.
Zərbənin təsirindən “VAZ-2107” bordürə çıxıb.
Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Oxunub 26
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.