Sabirabad rayonunun Nərimankənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 ildən sonra tapılan şəhid Rəsul Babaxan oğlu Ağayevlə vida mərasimi keçirilib.
Ölkə.az Report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.Ağayev 1968-ci il avqustun 25-də Sabirabadın Nərimankənd kəndində anadan olub. 1993-cü il iyulun 12-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.
R.Ağayev doğulduğu kənddə dəfn ediləcək.
