AZ

Anası açıq beyin əməliyyatından sonra iflic olan gənc həkimləri günahkar bilir - VİDEO

Anası açıq beyin əməliyyatından sonra iflic olan gənc həkimləri günahkar bilir - VİDEO

Respublika Neyrocərrahiyyə Xəstəxanasında həyata keçirilən beyin əməliyyatından sonra 56 yaşlı Xalidə Yaradovanın iflic olduğu iddia edilir.

Pasiyentin oğlu Elməddin Yaradov bildirir ki, 3 ay əvvəl baş tutan əməliyyatdan sonra xəstəxanada göstərilən etinasız münasibət anasının vəziyyətini daha da ağırlaşdırıb. Onun sözlərinə görə, əməliyyatı həkim-neyrocərrah Elşən Hüseynzadə icra edib. Məsələ ilə bağlı "Xəzər" TV-nin əməkdaşları xəstəxananın baş həkimi Elçin İbrahimov və direktor Fərhad Həsənovla görüşməyə çalışsalar da, rəhbərlik kameradan yayınıb.

Əməliyyatı icra edən neyrocərrah Elşən Hüseynzadə telefon vasitəsilə ailənin iddialarını təkzib edib. Həkim qeyd edib ki, pasiyentin sağalmasına mane olan əsas amil onun şəkər xəstəliyidir. O, tibbi xidmətin vaxtında göstərildiyini, lakin şəkərli diabet fonunda yaraların qapanmadığını və çapıqlaşma prosesinin getmədiyini bildirib.

Xəstənin dərman təminatı və cərrahi müdaxilənin xərclərinə gəlincə, həkim bütün xidmətlərin İcbari Tibbi Sığorta hesabına həyata keçirildiyini vurğulayıb. Hazırda tərəflər arasında mübahisə davam edir.

Seçilən
12
afn.az

1Mənbələr