AZ

“Sabah”ın iki basketbolçusu milli komandalarına dəvət alıblar

Bakı, 19 fevral, AZƏRTAC

“Sabah”ın basketbolçuları Andrii Voynaloviç və Klavs Çavars müvafiq olaraq, Ukrayna və Latviya millilərinin heyətinə çağırılıblar.

Bu barədə AZƏRTAC-a Bakı təmsilçisindən məlumat verilib.

Bildirilib ki, onlar 2027-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları üçün yığmalarına kömək edəcəklər.

Seçilən
99
3
azertag.az

4Mənbələr