“Qarabağ”ın prezidenti Tahir Gözəl cari mövsümdəki uğurlara görə komandaya nə qədər mükafat paylandığını açıqlayıb.
Publika.az xəbər verir ki, Ağdam klubunun rəhbəri "CBC Sport"a açıqlamasında bu barədə məlumat verib:
"Biz bu il 30 milyon avro (red - təqribən 60 milyon manat) qazanc əldə etmişik. Amma bir o qədərdə xərcləmişik. Təkcə futbolçulara 6 milyon avro (red - təqribən 12 milyon manat) mükafat paylamışıq".