AZ

Güclü qar Moskvada həyatı iflic edib

Güclü qar fırtınası səbəbindən Moskva hava limanlarında 19 reys ləğv edilib, daha 14 reys isə gecikib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. 

"Xarici aviaşirkətlər tərəfindən həyata keçirilən altı uçuş da daxil olmaqla, 19 gəliş və uçuş ləğv edilib. On dörd uçuş iki saatdan çox gecikib", - deyə açıqlamada bildirilir.

Balkan yarımadası üzərindən başlayan cənub siklonu Moskvaya çatıb. Sinoptiklər qarın yağıntı baxımından fevral ayının ən güclü yağıntısı arasında olacağını proqnozlaşdırırlar. Gündəlik normanın yarısına qədər yağacağı, qarın hündürlüyünün hazırkı yarım metrdən 80-90 sm-ə qədər artacağı qeyd olunub.

Güclü qar Moskvada tıxaclara səbəb olub. 

Seçilən
70
1
unikal.az

2Mənbələr